Menu
21 iyn 22:22XƏBƏR LENTİ / Hadisə

Tramp Parkinson xəstəsliyinə tutulub?

 ABŞ prezidenti Donald Tramp mətbuatda onda Parkinson xəstəliyinin əlamətlərinin müşahidə edildiyi barədə çıxan xəbərlərə reaksiya verib.
Musavat.com xarici agentliklərə istinadən bildirir ki, bununla bağlı şayiələrə səbəb, dövlət başçısının Vest-Poynt hərbi akademiyasının məzun gecəsində çıxışı zamanı yol verdiyi hərəkətlər olub. Belə ki, nitqi zamanı Donald Trampın qarşısındakı stəkanı iki əllə qaldırdığı, daha sonra pilləkənlərdən düşərkən səndələdiyi, hətta bir hərbçinin onun qolundan tutduğu görünüb.
 “Mən səhnədə tam bir saat qaldım, Bir saat! Sonra evə döndüm və bolluca Günəş altında oldum,”-deyə prezident vəziyyəti jurnalistlərə danışıb.
Onun sözlərinə görə, pilləkənlərdən düşərkən hərbçini köməyindən istifadə etməsinə səbəb sürüşkən ayaqqabı geyinməsi olub. Üstəlik pilləkən özü də metaldan və məhəccərsiz olub.
Donald Tramp stəkanı iki əllə tutmasını hərbi akademiyada azı 600 dəfə hərbi salam verməsi  və qolunun yorulması ilə izah edib. “Sadəcə suyu qalstukuma tökmək istəmirdim”,-deyə ölkə lideri bildirib.
ABŞ rəhbəri mətbuatı onun akademiyadakı çıxışına diqqət yetirməməkdə də suçlayıb. “Bu riyakar və qeyri-dürüst hərəkətdir. Bunlar Yer kürəsinin ən yalançı adamlarıdır. Pis adamlardır”,-deyə prezident şikayət edib.
Qeyd etmək lazımdır ki, həmin çıxışında Donald Tramp ABŞ əsgərlərinin bir daha başqa dövlətləri bərpa etməyəcəyini və özgə münaqişələrə qarışmayacağını bəyan edib. Onun sözlərinə görə Birləşmiş Ştatlar artıq yenidən əvvəlki əsas prinsiplərinə geri qayıdır. Bu isə ölkənin xarici düşmənlərdən əzmkarlıqla müdafiə oluması, yəni müdafiə strategiyasını nəzərdə tutur. 
Musavat.com
Çap
Komment Əlavə et