Menu
03 may 20:36XƏBƏR LENTİ / Hadisə

ABŞ-dan ÇİNƏ ŞOK TƏZMİNAT DAVASI: 21 TRİLYON DOLLAR- ARAŞDIRMA

113Bölmə: DÜNYA,
Ərgün Dilər

"Takvim”, Türkiyə, 02 may 2020-ci il

ABŞ Milli Kəşfiyyat Şurasının (MKŞ) ofisi yeni tip koronavirusun, yəni, Covid-19-un laboratoriyada yaradılmadığını, süni olmadığını və genetikasının dəyişdirilmədiyini açıqlayan kimi, qiyamət qopdu.

Aradan bir neçə saat keçdikdən sonra Prezident Tramp çıxıb "Koronavirus Uhandakı laboratoriyada ortaya çıxıb. Əlimizdə ciddi dəllilər var. Ümumdünya Səhiyyə Təşkilatı utanmalıdır. Çinin ictimai əlaqələr təşkilatı kimi işləyirlər…” dedi.

Bütün bunlar ABŞ-ın tarixinin ən önəmli vətəndaş müharibəsini yaşadığını göstərir. Qurumlararası gərginlik yenə ortaya çıxıb. 2004-cü ildə qurulan MKŞ ofisinin bu açıqlaması köhnə iddiaları yenə təzələyib. Ofisin hələ də Londondan idarə edildiyi haqqındakı dedi-qodular zirvəyə çıxıb.

MKŞ direktoru ABŞ Prezidenti Trampın və Daxili Təhlükəsizlik Şurasının baş müşaviridir. MKŞ direktoru da Trampın illərdir çox yaxından tanıdığı Riçard Allen Qrenelldir. Tramp çox çətinliklə onu direktor vəzifəsinin müvəqqəti icraçısı təyin edə bilmişdi. Qrenell ABŞ-ın Berlindəki səfiri idi.

MKŞ-in son açıqlamasından sonra Tramp açıq şəkildə dedi ki, "Bu qurum ABŞ-ın maraqları üçün çalışmır”. Deyilən sözlərin ünvanı bəlli idi. Bu quruma direktor təyin etməklə onun istənilən duruma gəlmədiyi bir daha anlaşılmış oldu.

ABŞ Çindən təzminat istəyir. Buna qərar verilib. Ya Çin ABŞ sistemi daxilində sıradan bir dövlət olduğunu qəbul edəcək, ya da çökəcək. ABŞ Prezidenti Tramp, Xarici işlər naziri Mayk Pompeo və MKİ direktoru Gina Haspel koronavirusun laboratoriyada hazırlanması və dünyanı bu hala gətirməsiylə bağlı öz fikirlərində israrlıdırlar. Hətta Tramp dəfələrlə "Çin virusu” ifadəsini işlədib.

Bu qədər güclü birliyə rəğmən, MKŞ ofisinin belə iddialı bir gediş etməsi Çində ümidin yaranmasına səbəb olub. Çünki MKŞ ofisi "Bir müddətdir koronavirusun Uhandakı laboratoriyada yaradılması ilə bağlı iddiaları araşdırırıq. Kəşfiyyat icması geniş elmi tədqiqat işi aparıb. Covid-19 virusunun insan tərəfindən yaradılmadığı və ya genetik quruluşunun dəyişdirilmədiyi ilə bağlı ümumi fikir formalaşıb. Təbii, Uhandakı laboratoriyada yaradılması ilə bağlı araşdırmalarımız davam edəcək” deyib. Yəni, "dərin Amerika”nın bütün planını bir anda qarışdırıb, kirlədib. Kim? ABŞ-ın önəmli qurumlarından biri. Qəribədir, ancaq həqiqətdir. Bu, mübarizədir.

Bu açıqlamadan bir neçə saat sonra Trampın verdiyi reaksiya da olduqca sərt idi. Bir jurnalist Trampdan soruşdu: "Hörmətli prezident, koronavirusun mənşəyinin Uhan Virusologiya İnstitutu olmasından əmin olmanızı təmin edən hər hansı bir şey gördünüzmü?”

Tramp da çox aydın şəkildə cavab verdi: "Bəli, gördüm”. Tramp bununla da kifayətlənmədi. Çinə çox ağır vergilərin qoyulacağını və bunun ardınca da bir sıra sanksiyaların gələcəyini açıqladı.

Trampın Çindən təzminat istəməsi önəmlidir. Bu, "dərin Amerika”nın öz qərarını verdiyini göstərir. Trampın da bu qərarı dəstəklədiyini bilirik.

İndi MKŞ ofisi Londondan aldığı bu əmri açıqlayıb. Ciddi də rezonans doğurub. ABŞ-da önəmli bir kəsim bu tezisi müdafiə edəcək. Əlbəttə, MKŞ ofisinin sonuncu "Təbii, Uhandakı laboratoriyada yaradılması ilə bağlı araşdırmalarımız davam edəcək” cümləsi də anlamlıdır. Çünki MKŞ ofisində böyük dəyişikliklər olacaq. Ardınca da MKŞ ofisi virusun laboratoriyada yaradıldığı ilə bağlı sübutları təzminat öncəsi mediaya təqdim edəcək. Çinə, bəlkə də, elə cəmi bir neçə saatlıq sevinmək qalacaq. Bu, güclü şəkildə vurğulanan ehtimaldır.

ABŞ daxilindəki bir qrupun da Çini xilas etmək üçün ciddi şəkildə addımlar atdığını görürük. Burada təəccüblü olan bir şey yoxudr. Ancaq Vaşinqtonda "dərin Amerika”nı üstələyəcək bir güc, hələ ki, yoxdur. Bu da ABŞ dəhlizlərinə yaxşı bələd olanların verdiyi şərhdir.

MKŞ direktoru vəzifəsinin müvəqqəti icraçısı olan Qrenellin hadisədən, yəni, verilən açıqlamadan xəbəri yoxdur. İrəli sürülən iddialara görə, 20 fevralda bu vəzifəyə müvəqqəti təyin olunan Qrenellə mane olanlar MKŞ-in sabiq direktoru Cozef Maquayr və onun müavini olmuş Endryu Hollmandır. Əməliyyatın qaynağı olaraq bu iki şəxs göstərilməkdədir. Çünki Qrenellin direktor təyin edildiyi açıqlandığı anda həm Maquayr, həm də Hollman etiraz edərək istefa vermişdilər.

Maquayr və Hollman London məktəbini müdafiə edən iki önəmli şəxsdir. Ancaq Qrenell də çox önəmli, çox bacarıqlı, çox ağıllı biridir. Açıqlamadan sonra MKŞ-in budanacağı açıq görünür.

ABŞ Çinə qarşı təzminat işləri açmaq üçün bir çox fərqli yollar düşünür. 50 ştat ayrı-ayrı iddia da qaldıra bilər. ABŞ dövlət olaraq təkbaşına qərar verə və çox yüksək təzminat tələb edə bilər. Ən azı, 100 min amerikalının ölməsi gözlənilir. Rəqəmlər, təqribən, bu miqdarda olacaqdır.

Doğrusu, böyük şəhərlərdə Uzaq Şərqdən olan insanlara hücumlar artıq başlayıb. Çünki zəmini uzun zamandır hazırlayırlar. Çin virusun qaynağı və hədəfidir. Kin-küdurət artacaq və düşmənçiliyə çevriləcək. İstənilən də budur.

100 min adam üçün istəniləcək təzminatın 1 trilyon dollar, işsiz qalanlar üçün isə 5 trilyon dollar olacağı təxmin edilir. Şirkətlər üçün də 10-15 trilyon dollar planlaşdırılır. Yəni, cəmi 21 trilyon dollara çata bilər. Pıçıltı ilə danışılanlara görə, gözlənti belədir.

Çinin nəinki 21 trilyon dollar, heç 1 trilyon dollar da ödəmək şansı yoxdur. ABŞ-dan başqa bir çox ölkə də təzminat almaq niyyətindədir.

Təbii, dünya yeni güc balansını tapacaq, amma qəribə hadisələr də görəcəyik. Hər kəs öz gücü nisbətində oyunun içindədir. Çin öncəlikli hədəfdir. Doğrusu, bunu çoxdandır yazıram. İndi isə əməlli-başlı aydınlaşdı, hər kəsin görə biləcəyi şəkil aldı.

Pul yenə ön plandadır. Bu, savaşdır. Yaxşı izləyin.

Tərcümə Strateq.az-ındır
Çap
Komment Əlavə et