Menu
05 apr 12:39XƏBƏR LENTİ / Xarici

Suriyada İrana bağlı Hizbullah təşkilatının komandiri öldürüldü

İsrailin Suriyanın Həməs şəhərinin ətrafında yerləşən bazaya hücumu nəticəsində İrana bağlı Livan "Hizbullah"ının yüksək rütbəli komandirlərindən olan Həsən Məhəmməd Yasin Sufan həlak olub.

Seyid Yaqub kimi tanınan komandirin öldürülməsi barədə Suriya İnsan Haqları Monitorinq Qrupu məlumat yayıb.

Məlumatda İsrail hava qüvvələrinin Həməs şəhərinin yaxınlığında yerləşən və "Hizbullah"a məxsus silah-sursat anbarı və "Ziyə" hərbi hava limanına ağır zərbə endirdikləri bildirilir.

Həsən Məhəmməd Yasin Sufanın öldürülməsi ilə son iki həftə ərzində İsrailin hava hücumu nəticəsində Suriyada zərərsizləşdirilən "Hizbullah" silahlılarının sayı beşə çatıb.

Qeyd edək ki, bu İranın İsrailə təhdidləri fonunda baş verib və bundan öncə İsrailin hava zərbələri nəticəsində SEPAH-ın iki komandiri də öldürülüb.(musavat.com)

Çap
Komment Əlavə et