Menu
05 apr 12:26XƏBƏR LENTİ / Gündəm

Respublika Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin edildi

Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edilib.

Nazirlikdən verilən məlumata görə, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Orxan Rasim oğlu Cəfərov xəstəxananın baş həkimi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, O.Cəfərov bu təyinata qədər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bu gün 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.

Çap
Komment Əlavə et