Menu
05 apr 12:37XƏBƏR LENTİ / Hadisə

Baş həkim işdən çıxarılması ilə bağlı danışdı: "Nazirlə görüşdüm..."

Ötən gün Xətai rayonundakı 3 saylı uşaq evindən şikayət etdiyi üçün Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmə Məhəmməd Hacıyevlə haqqında danışan, onun ruhi xəstə olmadığını deyən baş həkim Ağahəsən Rəsulov bu gün vəzifəsindən azad edilib. Bunun yaşla əlaqəli olduğu deyilsə də, belə bir təsadüf ictimaiyyətdə, baş həkimin doğruları söylədiyi və digər dövlət qurumlarının məlumatlarını təkzib etdiyi üçün işdən azad edildiyi ilə bağlı rəy yaradıb.

Sitat.info-nun əməkdaşı baş həkim Ağahəsən Rəsulovla əlaqə saxlayıb. O, vəzifədən azad edilməsi üçün iki ay öncə müraciət etdiyini deyib:

"İki ay öncə şəxsən nazirlə görüşdüm və müraciət etdim ki, məni vəzifədən azad etsin. Çünki professor elmi adı almışam və artıq universitetdə dərs deyəcəm. İki ayım dünən tamam oldu və əmrim verildi. Müraciətim də yaşla əlaqəlidir, 68 yaşım var".

Baş həkim fəaliyyətini pedaqoji sahədə davam etdirəcəyini açıqlayıb: "Bundan sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda və Tibb Universitetində dərs deyəcəm. Artıq öz yerimi kafedrada görürəm, bilik və təcrübələrimi tələbələrlə bölüşəcəm".

Yeniyetmə M.Hacıyev haqqında da məlumat verən A.Rəsulov bildirdi ki, uşaq hələ də Psixiatriya Xəstəxanasındadır.



Çap
Komment Əlavə et