ABŞ prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 30 gün vaxt verib.
Tramp
“Twitter” səhifəsində ÜST sədri Tedros Adhanom Qebreyesusa yazdığı məktubu paylaşıb. O, sözügedən təşkilatda islahatların vacibliyinə diqqət çəkib:
“Sizin və qurumunuzun pandemiya dövründə ard-arda atdığı yanlış addımlar, bütün dünyaya baha başa gəlib. ÜST-ün qarşısındakı yeganə yol, Çindən asılı olmadığını həqiqətən göstərməkdir. Sürətli şəkildə addım atılmalıdır. İtirəcək vaxtımız yoxdur. ÜST gələcək 30 gün ərzində əsaslı islahatlara aparmayacağı təqdirdə sizə ayırdığımız yardımı həmişəlik dayandıracağımızı və təşkilata üzvlüyümüzə nəzər salacağımızı demək vəzifəmdir. ABŞ vətəndaşlarının vergilərinin ABŞ-ın mənafelərinə xidmət etməyən təşkilata getməsinə icazə verə bilmərəm”.
Xatırladaq ki, Tramp bundan əvvəlki açıqlamalarında Çini koronavirusla bağlı məlumatları gizlətməkdə, ÜST-ü də Çinlə əlbir olmaqda ittiham edib. ABŞ sözügedən məsələ ilə bağlı araşdırmalara başladığı üçün təşkilata yardımları müvəqqəti olaraq dayandırıb.(mediapost)
Çap