Menu
08 may 15:37XƏBƏR LENTİ / Müsahibə

Azərbaycan əsilli amerikalı şerif Fəxri Mirzəquliyevin COVID-19-la mübarizəsi - MÜSAHİBƏ

Amerika Birləşmiş Ştatları bu gün koronavirus infeksiyasından ən çox əziyyət çəkən ölkədir. ABŞ-da COVID-19 virusuna yoluxanların sayı bir milyon 226 min 197 nəfərdir.
Media.Az bu barədə COVİD-19 virusu ilə mübarizə aparan həmyerlimiz, Los-Anceles sakini, şerif Fəxri Mirzəquliyevlə danışıb.
Yeri gəlmişkən qeyd edək ki, Media.Az artıq onun hekayəsini yayımlayıb.
- Koronavirusa necə yoluxduğunuzu danışın...
- Mən həbsxanada qanqsterlərlə mübarizə şöbəsinin şerifi vəzifəsində çalışıram. İşimlə əlaqədar olaraq karantin zallarının yerləşdiyi ərazilərə getməli olurdum. Düşünürəm ki, virusa orada yoluxmuşam.
- Bu gün həmkarlarınız da həkimlər kimi ön sıralardadırlar...
- Mən axı polisəm, biz həmişə çalışırıq (gülür).

- Sizdə virusun simptomları özünü dərhal büruzə verdi?
- Əvvəl heç bir simptom yox idi, amma mən yenə də analiz vermək qərarına gəldim.
- Los-Ancelesdə koronavirusla bağlı sınaq testi necə aparılır?
- Seçimdən asılı olaraq, ekspress və adi testlər var. Birincinin cavabı bir neçə dəqiqə ərzində məlum olur, digəri isə bir neçə gün çəkir.
- Siz hansından keçdiniz?
- Nəticəsi üç gündən beş günə qədər məlum olan adi testdən. Los-Ancelesdə çadırların salındığı xüsusi yerlər təşkil olunub. Birincisinə yaxınlaşırsan və tibb işçiləri sənə içində test üçün lazım olan hər şeyin olduğu bağlama verirlər. Avtomobili bir az qabağa sürürsən və səni bunun istifadəsi barədə məlumatlandırırlar. Bağlamanın içində balaca çöp olur, ona beş dəfə öskürməli, ağız boşluğundan və boğazdan yaxma götürülməlidir. Bu halda insanlarla təmasa girməmək üçün avtomobili tərk etməyə icazə yoxdur.

- İstəyən hər kəs testdən keçə bilər?
- Əvvəllər simptomlar olmadan testdən keçmək mümkün deyildi, baxmayaraq ki, polis olaraq bu, mənim üçün icazəli idi.
- Testin nəticələri haqda haradan məlumat aldınız?
- Elektron ünvanıma analizlərimin cavabı gəldi.
- Sizin qərarınız necə oldu?
- Evdə müalicə olunmaq qərarı verdim. Üstəlik, ancaq ağır xəstələr xəstəxanaya aparılır.
- Həqiqətənmi qorxu hissi keçirmədiniz?
- Xeyr, artıq xəstələnmisənsə, niyə qorxmalısan ki? Sadəcə olaraq mənzilimdə özümü təcrid etdim. Daha doğrusu, ayrı bir otaqdayam. Bacım yeməyi otağımın qapısına kimi gətirir, sonra isə gəlib boş qabları aparır. Dostlarım ərzaq alıb gətirir, bəzən müxtəlif dadlı nemətlərlə nazımı çəkirlər.

- Koronavirusun ilk əlamətlərini nə vaxt hiss etdiniz?
- İlk beş gündə yalnız zəiflik hiss etdim. Sonra səhhətim ağırlaşmağa başladı. Sanki kimsə başıma dəmir vedrə keçirib, ağır çəkiclə ona zərbə endirirdi. Başım çox ağrıyır və içəridən cingildəyirdi. Sonra qızdırmam təxminən 38 dərəcəyə yüksəldi və dörd gün davam etdi. Sonra isə qoxu hissim yox oldu.
- Bəs öskürək, burun axması və ya nəfəs darlığı?
- Bunların heç biri baş verməyib.
- Hansısa dərmanlar qəbul etmisiz?
- Heç bir dərman qəbul etmədim. Zəncəfil ilə limon və bal yedim. Çoxlu C vitamini ilə qarışdırılmış su içdim.

- Artıq neçə müddətdir ki, xəstəsiz?
- Bu cümə tam iki həftə olacaq.
- İndi özünüzü necə hiss edirsiz?
- Artıq bir neçə gündür temperaturum olmayıb, qoxu hissi qayıdıb, bu da bərpa olduğumu göstərir. Ancaq təbii ki, hələ bunu dəqiqləşdirmək lazım olacaq.
- Siz həbsxanada qanqsterlərlə mübarizə şöbəsində çalışırsız. Epidemiya müddətində Amerika həbsxanalarında hansı tədbirlər görülür?
- Həbsxanada başqa yerlərdə olduğu kimi, müəyyən sanitar qaydalara əməl edilməlidir. Kiminsə xəstə olduğu məlum olarsa, o, dərhal təcrid olunur.

- Los-Ancelesdə hazırda hansı məhdudiyyətlər tətbiq olunur?
- Restoran, kafe, bar və digər ictimai yerlər bağlıdır. Yalnız zəruri xidmətlər göstərən yerlər fəaliyyətini davam etdirir. Küçədə prinsip etibarı ilə, heç kim cərimələnmir, sosial məsafəni qorumaq lazımdır. Nadir hallarda cərimə yazıla bilər, bu xüsusi ərazilərdə mümkündür. Misal üçün, vətəndaşlar hazırda bağlı olan parklara, çimərliklərin ərazisinə daxil olmağa cəhd göstərərsə, yaxud 10 nəfərdən artıq adam bir məkana toplanarsa, cərimə olunacaqları istisna deyil.

Bununla belə, 8 may tarixindən karantin rejiminin yumşaldılması planlaşdırılır. Çimərliklər açılacaq, ancaq orada günəş şüaları qəbul etmək qadağan olunacaq, halbuki dənizdə çimmək, velosiped sürmək, idman etmək mümkündür.
Bundan əlavə, mağazalar da açılacaq, oyuncaq, kitab, idman malları satılan dükanlar, çiçək köşkləri və sair.
- Kaliforniyada 70 000-ə yaxın koronavirus xəstəsi var. Xəstəxanalarda vəziyyət necədir, səhiyyə müəssisələri dolub daşmır ki?
- Xeyr, hər şey yaxşıdır. Xəstəxanalar normal qaydada fəaliyyətini davam etdirir. Vəziyyət pisləşəcəyi təqdirdə tibb mərkəzlərində boş yer kifayət qədərdir.
Çap
My name’s Eric and I just found your site xeberimvar.az. It’s got a lot going for it, but here’s an idea to make it even MORE effective. Talk With Web Visitor – CLICK HERE http://www.talkwithwebvisitor.com for a live demo now. Talk With Web Visitor is a software widget that’s works on your site, ready to capture any visitor’s Name, Email address and Phone Number. It signals you the moment they let you know they’re interested – so that you can talk to that lead while they’re literally looking over your site. And once you’ve captured their phone number, with our new SMS Text With Lead feature, you can automatically start a text (SMS) conversation… and if they don’t take you up on your offer then, you can follow up with text messages for new offers, content links, even just “how you doing?” notes to build a relationship. CLICK HERE http://www.talkwithwebvisitor.com to discover what Talk With Web Visitor can do for your business. The difference between contacting someone within 5 minutes versus a half-hour means you could be converting up to 100X more leads today! Eric PS: Studies show that 70% of a site’s visitors disappear and are gone forever after just a moment. Don’t keep losing them. Talk With Web Visitor offers a FREE 14 days trial – and it even includes International Long Distance Calling. You have customers waiting to talk with you right now… don’t keep them waiting. CLICK HERE http://www.talkwithwebvisitor.com to try Talk With Web Visitor now. If you'd like to unsubscribe click here http://talkwithwebvisitor.com/unsubscribe.aspx?d=xeberimvar.az

Komment Əlavə et