Menu
16 fev 02:45XƏBƏR LENTİ / Xarici

Rusiyada naməlum şəxs küçədə hamilə qadını və bir kişini güllələyərək öldürüb

Rusiyanın Kalininqrad şəhərinin Mərkəzi Bazarın yaxınlığında - professor Baranov küçəsində naməlum şəxs ov tüfəngi ilə yoldan keçən insanlara atəş açıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində biri hamilə qadın olmaqla iki nəfər ölüb, 13 yaşlı yeniyetmə isə yaralanıb.
Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, hadisəni törədən şəxs özünə xəsarət yetirərək qəsd etmək istəyib. Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin regional şöbəsi tərəfindən cinayət işi açılıb. RİA Novosti-nin yaydığı məlumatda isə bildirilib ki, insanlara atəş açan həmin şəxs xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Çap
Komment Əlavə et