Menu
21 dek 01:42XƏBƏR LENTİ / Hadisə

Bakıda xəstəxanada işləyən arvadının başını kəsən kişiyə ağır cəza verildi

Bakıda xəstəxanada həyat yoldaşının boğazını kəsərək öldürmədə ittiham olunan 1980-ci il təvəllüdlü Faiq İbrahimovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Faiq İbrahimov 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu ilin iyulun 10-da Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.
Xəstəxananın qeydiyyat şöbəsində işləyən 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı Faiq İbrahimovla xəstəxananın həyətində mübahisə edib.
Mübahisə nəticəsində Faiq İbrahimov üzərində gətirdiyi bıçaqla Xavər İbrahimovanın boğazını kəsib.
Yaralı təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən Faiq İbrahimov könüllü olaraq polis bölməsinə gedərək hadisəni etiraf edib.
İlkin dindirilməsi zamanı saxlanılan şəxs son zamanlar onu qısqandığını etiraf edib.
İstintaq orqanı tərəfindən Faiq İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Çap
Komment Əlavə et