Menu
23 noy 01:59XƏBƏR LENTİ / Hadisə

Arvadını tanışı ilə tutdu, sonra çarpayıda... - Azərbaycanda...

Sumqayıt şəhərində qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Şamil Axundovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Şamil Axundov təxminən 2018-ci ilin noyabrda arvadı Leylanın istifadəsində olan mobil nömrəsinə gecə zəng gəldiyini görüb. O, həmin telefon zənginə cavab vermək istəyib.
Arvadına gecə yarısı zəng gəldi, işə gedərkən güddü
Amma Leyla Axundova ərinin həmin zəngə cavab verməsinə imkan verməyib. Şamil zəng edən mobil nömrənin onun tanışı Namiq Mirzəyevin istifadəsində olan mobil nömrəyə oxşadıb.
Ertəsi gün Leyla Axundova kassir işlədiyi Sumqayıt şəhərində yerləşən “Fəxri Market”ə yollanıb. Şamil Axundov arvadını güdməyə başlayıb. Orada Namiq Mirzəyevin arvadının arxasınca gəldiyini görüb.
Arvadının vatsapda yazışmasının şahidi oldu
Bundan sonra o, həm arvadının, həm də Namiq Mirzəyevin mobil nömrələrini öz telefonunun yaddaşına əlavə edib. Sonra onların hər ikisinin vatsap proqramında eyni vaxt şəbəkədə olduqlarının şahidi olub.
Bundan sonra Şamil Axundovda arvadının Namiq Mirzəyevlə ona xəyanət etdiyinə dair şübhələri artıb. O, həmin şübhələrə görə Leyla Axundovadan bir neçə dəfə mobil telefonunda olan məlumatları yoxlamaq üçün telefonun “kilidini” açaraq ona verməsini tələb edib.
Lakin Leyla Axundova onun bu tələblərini rədd edib. Buna görə aralarında mütəmadi olaraq sözlü mübahisələr yaranıb.
Çarpayıda ər-arvadın mübahisəsi
11 yanvar 2019-cu il tarixdə səhər saat 09 radələrində Şamil Axundov yaşadıqları Sumqayıt şəhəri, 7-8-12 birləşmiş məhəllə, ev 76, mənzil 29-da Leyla Axundova ilə çarpayıda uzanaraq söhbət edib.
Bu zaman Şamil Axundov bir daha arvadından mobil telefonunda olan məlumatları yoxlamaq istədiyini bildirib, “kilidi” açaraq ona verməsini tələb edib.
Leyla Axundova isə ərinin bu tələbini kobud şəkildə rədd edib. Arvadının bu hərəkətlərindən Şamil Axundov qəzəblənib. O, qısqanclıq zəminində qisas almaq məqsədilə arvadını qəsdən öldürmək qərarına gəlib.
Arvadını çarpayıda boğdu
Şamil Axundov niyyətini həyata keçirmək üçün arvadının boğazından iki əlli yapışaraq onu boğub. Leyla Axundova boyun üzlərinin əllə sıxılması səbəbindən baş vermiş asfiksiyadan hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Şamil Axundovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
9 il 6 ay cəza aldı
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamil Axundov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasının ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli olacaq.
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi, anası Sürayyə İsmayılova apelyasiya şikayəti verib. O, qeyd edib ki, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilməsi düzgün olmayıb.
Hökm narazılıq yaratdı
Hüquqi varis bildirib ki, zərərçəkmiş şəxs məhkum edilmiş şəxsə heç bir müqavimət göstərməyib: “Bu o demekdir ki, məhkum edilmiş şəxs öz əməllərini əvvəlcədən planlaşdırıb. Məhkum edilmiş çəxsin izahatından görünür ki, o yetkinlik yaşına çatmayan uşağı qonşu otağa yerləşdirib, qapını bağlayıb, ondan sonra cinayəti törədib”.
Şikayətçinin sözlərinə görə, bundan başqa məhkum edilmiş şəxs faktiki olaraq yetkinlik yaşına çatmayan uşaqların mənzildə olduqları anda cinayəti törədib: “İstintaq orqanı bu baxımdan onun əməllərini yüngülləşdirib və ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məsuliyyətə cəlb edib.
Ağır cəza tələb olundu, şikayət rədd edildi
Halbuki onun əməllərində ağırlaşdırıcı hal nəzərə alınmaqla yetkinlik yaşına çatmayan uşaqların mənzildə olmasını nəzərə almaqla xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirilməli və əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə tövsif olunmalıdır. Həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ağır həddə cəza təyin olunmalıdır”.
Zərərçəkmiş tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, zərərçəkmiş tərəfin şikayəti təmin olunmayıb.
Çap
Komment Əlavə et