Bakıda iki nəfər restoranda zəhərlənib.Bakı şəhər sakini Bayramov Sərxan Niyazi oğlu qohumu Həmzəyev Cəlal Ələmdar oğlu ilə birlikdə Nərimanov rayonu, K.Rəhimov küçəsindəki "Baku Voice Rooms" və Nəsimi rayonu, Tiflis prospektindəki "Baku City" restoranlarında müxtəlif spitrli içki və qida qəbul ediblər. Bu zaman hər iki şəxsin səhhəti pisləşib.
S.Bayramov Kliniki Tibbi Mərkəzə, C.Həmzəyev isə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. S.Bayramov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qeyd olunan hadisə ilə bağlı agentliyinə məlumat daxil olduqdan dərhal sonra əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
“Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”.
***
Bakıda texniki spirtdən hazırlanmış viskidən zəhərləndiyi ehtimal edilən şəxslərin sayı üçə çatıb.Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Nərimanov rayon Prokurorluğu ölümcül zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb. Zərərçəkənlər arasında Nərimanov rayonu 18-ci Polis Bölməsinin Cinayət axtarış şöbəsinin rəisi, 32 yaşlı Sərxan Niyazi oğlu Bayramov da var.
Polis dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib. İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər. Sonra onlar Tiflis prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər. Burada S.Bayramov və dostu Cəlal Ələmdar oğlu Həmzəyev özlərini pis hiss ediblər və "zəhərlənmə” diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər: Sərxan Bayramov Klinik Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinik xəstəxanasına.
Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatına görə, Cinayət Məcəlləsinin 314.2-ci (İnsan ölümü ilə nəticələnən ehtiyatsızlıq) maddəsi ilə cinayət işi başlanıb.
Əməliyyatçının dostu C.Həmzəyevin vəziyyəti ağırdır, hər iki gözü kor olub. Əldə edilən məlumata görə, gənclər viski içiblər və yeraltı sexlərdə sənaye spirtindən hazırlanan bu içkidən zəhərlənmə ehtimalı yüksəkdir.
"Bundan əvvəl də Azərbaycandan Gürcüstana çoxlu miqdarda ucuz viski daşınması faktları ortaya çıxıb. Hər kəs yüksək keyfiyyətli viskinin baha olduğunu, ucuz alkoqolun adətən gizli sexlərdə istehsal olunduğunu bilir”, - polisdən verilən açıqlamada bildirilir.
Qeyd edək ki, bu yaxınlarda mərhum S.Bayramovun ilk övladı dünyaya gəlib.
Dekabrın 24-də axşam saatlarındatexniki spirtdən zəhərləndiyi iddia edilən başqa bir şəxsin cəsədi Səbail rayonu ərazisindəki morqa çatdırılıb. Meyitin 1995-ci il təvəllüdlü Mustafayev Mustafa Teymur oğluna məxsus olduğu ortaya çıxıb. M.Mustafayevin vəziyyəti Səbail rayonundakı restorana baş çəkdikdən sonra pisləşib. O, Toksikoloji Mərkəzə aparılıb və bir müddət sonra orada ölüb.
İstintaq hazırda bu zəhərlənmələrin səbəblərini araşdırır.(axar.az)
Çap