Rusiyalıların spirtdən zəhərlənərək ölməsi halları artıb.
“Rosstat”ın (Federal Statistika xidməti) məlumatına görə, cari ilin ilk 8 ayında spirtdən zəhərlənərək vəfat edən ölkə vətəndaşlarının sayı ötən ilkinə nisbətən 14% artıb. Ümumilikdə təxminən 6 min adamın göstərilən səbəbdən dolayı dünyasını dəyişdiyi qeyd olunur.
Rusiya Federasiyasının 85 subyektindən yalnız 25-də spirtdən ölüm halları azalıb, qalanlarında isə hətta artış müşahidə olunub.
Federal Səhiyyə nazirliyi də spirt zəhərlənmələri ilə bağlı rəqəmlərin doğru olduğunu etiraf edib. Nazirlik rəsmiləri bunun qarşısının alınmasından ötrü spirtli içkilərin qəbulunun azaldılmasının, habelə qeyri-leqal içki istehsalının dayandırılmasının, o cümlədən tərkibində spirt olan ətir-kosmetik məhsullarının asılılıq xəstəliyi daşıyan şəxslər tərəfindən içki kimi istifadə olunmasına yol verilməməsinin vacib olduğunu bildiriblər.
Buna rəğmən, Federal qurum son 9 ildə Rusiyada alkoqoldan istifadəyə görə ölüm göstəricilərinin 30% azaldığına da diqqət çəkib. Lakin sorğunu keçirən “Tsarqrad” şirkətinin ekspertləri içki düşkünlüyündən irəli gələn ölüm saylarının rəsmi statistikadan daha yuxarı olduğunu ifadə eidblər. Məsələ burasındadır ki, federal idarələr buraya qara ciyər serrozundan, ürək-damar xəstəliyindən vəfat edənləri daxil etmir.
“Rosstat” həmin rəqəmlərin “qida sisteminin pozulması xəstəliyindən irəli gələn” ölüm kateqoriyasında olduğunu bildirir. Halbuki, hamının bildiyi üzrə, bu patalogiyaların əsas səbəbi sərt içkilərin həddindən artıq istehlakı ilə bağlıdır.
Bu ilin yazında Rusiya səhiyyə naziri Veronika Skvortsova son 8 ildə Rusiya əhalisini iki dəfə daha az içdiyini (18,3 litrdən 9 litrə düşüb) deyib. Onun sözlərinə görə, bu əmək qabiliyyətli kişilər arasında ölümlərin 18% azalmasına gətirib çıxarıb.
Rəsmi qurum Rusiyada indi hər 100 min kişidən 735-nin öldüynü vurğulanıb. Bu, qadınlarla müqayisədə 3 dəfə (205 ölüm) çoxdur. Nazir belə bir fərqin kişilərin spirtli içkiləri həddən artıq içməsi ilə izah edib.
Ötən il spirtlə bağlı səhhətində yaranan problemlərə görə 2 milyon rusiyalı (əhalinin 1,4%-i) xəstəxanalara müraciət edib. Onlardan 76 mininə dərhal “alkoqolizm” və ya “alkoqolizm psixozu” diaqnozu qoyulub.
Rusiyada bu xəstəliklərdən ən çox ölkənin soyuq diyarları əziyyət çəkir. Məsələn Çukotka muxtar dairəsində həmin göstərici hər 10 min vətəndaşa 29 nəfər civarındadır. İkinci yerdə Yakutiya (23), Üçüncü sırada isə Nenets muxtar dairəsi (23) gəlir.(müsavat.com)
Çap