Menu
15 fev 01:52XƏBƏR LENTİ / Xarici

Putin homoseksuallıqdan danışdı: Bu müddətdə...

Prezident olduğum müddətdə homoseksuallıq qanuniləşdirilməyəcək.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Kreml rəhbəri konstitusiyaya düzəlişlər edən işçi qrupunun nümayəndələri ilə görüşündə ailənin kişi və qadın birliyi olması ifadəsinin mübahisəli olduğunu bildirib:
“Əgər ana və atadan biri yoxdursa? Bu vəziyyətdə necə olacaq? Bəzi məqamları dəqiqləşdirməliyik. Qadın və kişinin birliyi evlilikdir. Ailə isə biraz fərqlidir. Sadəcə harada və necə ifadə ediləcəyini düşünmək lazımdır. “Valideyn 1” və “valideyn 2” anlamlarına gəlincə, daha əvvəl də demişəm. Prezident olduğum müddətcə “valideyn 1” və “valideyn 2” olmayacaq. Sadəcə ata və ana olacaq”.
Qeyd edək ki, müəyyən ölkələrin (xüsusən Qərbdə) ailə məcəllələrində homoseksuallıq əsas götürülərək ata və ana kəlmələri yerinə “valideyn 1” və “valideyn 2” ifadələri daxil edilib.(axar.az)
Çap
Komment Əlavə et