Menu
04 fev 02:25XƏBƏR LENTİ / Hadisə

SON DƏQİQƏ: Ağciyər Xəstəlikləri İnstitutunda daha bir nəfər öldü

Azərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığından ölüb.
TƏBİB-ə istinadən xəbər verir ki, yanvarın 30-da Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilən Şəki rayon sakini, 1977-ci il təvəllüdlü xəstə bu gün vəfat edib. Qeyd edək ki, həmin şəxsə ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi VMB (+), kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu qoyulub. Qeyd edək ki, son 20 gündə İnstitutda 10-a yaxın insanın ölməsi barədə məlumatlar yayılıb.(publika.az)
Çap
Komment Əlavə et