Son 14 il ərzində Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı 2 dəfədən çox artıb.2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı artaraq 48 685-ə yüksəlib.
2017-ci ildə bu say 45 756, 2015-cı ildə 40 653, 2010-cu ildə 28 052, 2005-ci ildə 23 088 olub.
2018-ci ildə ölkədə 11 123 nəfərə ilk dәfә onkoloji diaqnoz qoyulub ki, bu say da 2005-ci ildə 6 277 olub.
2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinin 74,9 nəfərinə ilk dәfә onkoloji diaqnoz qoyulduğu halda, 2018-ci ildə bu say da artaraq 113,3 olub.
Ötən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 5 468-i kişi, 5 655-i qadın olub. Keçən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 103-ü yaşı 13-dək olan uşaqlar, 21-i 14-17 yaşlı uşaqlar, 243-ü 18-29 yaşlı gənclər, 254-ü 30-34 yaşlı, 366-sı 35-39 yaşlı insanlardır. Onkoloji diaqnoz qoyulan insanların böyük hissəsi yaşı 40-dan çox olanlardır.
Keçən il 4 836 nəfər 40-59 yaşlı, 5 300 nəfər 60 vә yuxarı yaşlı insana ilk dəfə onkoloji diaqnoz qoyulub.
Ötən il onkoloji diaqnoz qoyulanların çoxuna (1 799) süd vəzisinin bədxassəli şişi diaqnozu təyin edilib.
Ötən il 1 341 nəfərə traxeya, bronx, ağciyərin, 1 211 nəfərə mədənin, 426 nəfərə qida borusunun, 201 nəfərə ağız boşluğunun və udlaq vəzinin bədxassəli şişi diaqnozu qoyulub.
Çap