Böyük Britaniya Hörmüz boğazında gəmilərin təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın rəhbərliyi ilə yaradılan beynəlxalq koalisiyaya qoşulacaq.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın
Müdafiə Nazirliyindən verilən məlumata görə, son dörd ay ərzində bölgədə Britaniya bayrağı altındakı “Stena İmpero” tankerinin ələ keçirilməsi də daxil olmaqla baş verən hadisələr kommersiya gəmiçiliyinə artan təhlükədən xəbər verir: “Kral donanması Hörmüz boğazında yük gəmilərinin təhlükəsizliyini təmin etmək üçün ABŞ hərbi dəniz qüvvələri ilə əməkdaşlıq edəcək”.
Müdafiə naziri
Ben Uolles gəmilərini “hüquqa zidd qəsdlərdən” qorumağa hazır olduqlarını açıqlayıb.
Böyük Britaniyanın İranın nüvə silahlarına dair sazişlə bağlı mövqeyinin dəyişməz olduğu bildirilib.
“Biz vəziyyəti yoluna qoymaq və nüvə sazişini qoruyub saxlamaq üçün İranla və beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq məramına əvvəlki kimi sadiqik”, – Böyük Britaniyanın xarici işlər katibi
Dominik Raab vurğulayıb.
Çap