“Bəziləri yenə alovlanıb. Deyəcəkdim ərə get, sakitləş, amma onunla əlaqəli deyil artıq. Biriləri uzun illərdir mətbuatda yoxdu, fəaliyyəti sıfır…”Bu sözləri İnstaqramda müğənni Rəqsanə İsmayılova bir müddət əvvəl birlikdə işlədiyi jurnalist Ülviyyə Alovlu haqqında danışarkən deyib:
“Bilmir özünü necə gündəmə gətirsin. Yaddan çıxmısan, bilirəm. Amma mən sehirbaz deyiləm, səni heç mən də gündəmə gətirə bilmərəm. Vaxtında səni alan olsaydı, Aysun boyda qızın vardı. Özünü uşağımla reklam edirsən.
Eləcə də Azərbaycanda o qədər peşəkar, savadlı media nümayəndələrimiz var ki, şükür Allaha ehtiyacımız olanda işimizi həvalə edə bilirik. Mən halal, əziyyətlə pul qazanıram, amma kimlərsə havayı pul almaq istəyirdi.
O ki qaldı yaşadığım villaya, Cennifer Lopezin evində olmağa nə lüzum var, başın çıxmayan internet dünyasında yaşayırıq. Xaricdəki jurnalistlər sənin kimi yatmayıb. Dünyaca məşhur birinin evinin dizaynını öyrənmək sən düşündüyündən daha asandır, vallah. Bir də ki, mənə cinayətkar deyirsən, ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən”.
Qeyd edək ki, jurnalist Ülviyyə Alovlu Oxu.az saytına açıqlamasında Rəqsanə İsmayılovanı dələduzluqda ittiham edib. Onun Bakıda borclarının olduğunu vurğulayıb.(teleqraf.com)
Çap