Menu
02 dek 01:44XƏBƏR LENTİ / Şou biznes

Afətdən Flora Kərimovaya sərt cavab: "Nəvəsi yaşda uşaqlara..."

"Bu müsahibə Flora Kərimovanın müsahibəsidir. Flora xanım, əvvəla “Nəsimi yuxumda deyib” cümləsini hamı bilir ki, zarafata deyilmiş və açıqlaması verilmiş bir söhbət idi. Nəsimi ilə Allahı bir tutduğunuza görə sizə yazıqlar olsun. Nəsimi kimi şairlər çoxdur, amma Allah təkdir (Nəsiminin şəkli hər yerdə var, amma Allah gözəgörünməzdir). Allah sizin lağ yeriniz deyil. Qaldı ki, mənim Nəsimidən oxumağım konstitusiyamıza zidd olsaydı, aidiyyatı orqanlar bununla bağlı ölçü götürərdi və məni cinayət məsuliyyətinə cəlb edərdilər".

Bu sözləri dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəlinə oxuduğu mahnı ilə məşhurluq qazanan müğənni Afət Fərmanqızı sosial şəbəkədə Xalq artisti Flora Kərimova haqqında yazıb. Onlar arasında bir müddət əvvəl baş vermiş qalmaqal yenidən alovlanıb. A.Fərmanqızı Xalq artistinin ünvanına kəskin ittihamlar yağdıraraq sözlərinə belə davam edib:
"Demək ki, mən qanunu pozmamışam. Kimlərsə mənim o mahnıya görə pul qazanmağımı həzm edə bilmirsə, pişik ət məsələsi. Sual edirəm, bəs Nəsimi məsələsi heysiyyatınıza toxunubsa, "Nəsimi" bazarının adını avtobuslarda oxuyanda, bazarın yanından keçəndə niyə demirsiz ki, Nəsimi nə alverçisi olub? Parikinizi çıxartdığınıza görə sizi təbrik edirəm, amma o sidik içmə məsələsi deyirdiz aaa, bax onu etməyin! Hərdən dozası deyəsən çox olur.

Hansı efirə çıxır məndən danışır. Cavab verim də sənə. Bu vannaya uzanmasaydın, mən də qəzəli o cür oxumazdım. Sonra da sidiyi içməyi tövsiyyə edir. Quranda sidik ən murdar şey hesab olunur! Sənətinə sözüm yox, amma, ayıbdır nəvəsi yaşında uşaqlara sataşmaq! Çox ayıb olsun".

A.Fərmanqızının açıqlamasına Flora Kərimovanın cavabı gecikməyib. Flora Kərimovanın instaqramda qalmaqallı müğənniyə ünvanladığı açıqlamasını olduğu kimi təqdim edirik:
"İki ali təhsil sahibi müəllimə-müğəni” fikirlərin cəhənnəm, cümlə sonluqlarına bax, yazıların qüsursuz olsun. Toyların azalıb, “Mən-mən”-də dəbdən düşüb deyə əlacsız qalıb yeni qalmaqal dilənirsən. Bütün Azərbaycan mənim zarafatımı başa düşdü, sən - “filoloq, alimdən” başqa!! İş ki qaldı “Ətlə pişik” misalına - ovçu olmaq taleyin gətirmədi! Sənin qismətin ancaq və ancaq qurbanlıq olmaqdır, hələ də olursan!
Bir məkana verilən adlara gəldikdə isə olsun “Nəsimi bazarı”, “Füzuli meydanı”, “Nizami küçəsi” və s. bunların heç biri şəxsiyyətə yönəlmiş aşağılayıcı təqdimat deyil!
BAZARDA İŞLƏYƏNLƏRİ “NƏSİMİ” ADINA LAİQ BİLMİRSƏNSƏ, bu illərlə içində qaynatdığın vətəndaş problemindir! Bu qədər Millət tərəfindən söyülə-söyülə anlamadığın həqiqəti sonuncu dəfə izah edim...

Dahi Füzulinin sözlərinin ağırlığı altında “Füzuli kantatasını” yaradan böyük bəstəkar Cahangir Cahangirov Nəsiminin “SIĞMAZAM” qəzəlinin faciəsini dərk edib mənəvi sərvətimiz olan “Nəsimi” kantatasını yazdı. Və sən Afət, Nəsimini (sənin sözünlə desək) ancaq bazar səviyyəsinə yox, bazarda olan piştaxta səviyyəsinə endirdin! Buna görə sənə “əhsən” düşür!
İndiyə kimi mənəvi cinayətlə məişət cinayəti arasında fərqi görməyən savada nə deyib, necə qiymət verəsən?!
Əgər saç başa ağıl gətirsəydi, sənin adın dahilər sırasında səslənərdi!
Bilməmiş olmazsan, urina (sidik) dozasının artıqlığı nə bədənə nə ağıla ziyanı yoxdur. Vay o günə ki, kişilərin artığı olasan!
Afət, sevirəm deyib “DİNİ KƏBİNƏ” girib (gah qolunu, gah kəbinin üz qabığın göstərdiyin ilə) keçirdiyin sabaha güvənməyən qadın - uşaq cəlladı olmağına acıyıram! Hamıya hər fürsətdə ucuz cavablarla o qədər özünün yerə çırpıb kiçiltdin ki, sayılası düşmən də ola bilmədin!
Müasir Azərbaycanın ilk xalq artisti Flora Kərimova".(publika.az)
Çap
Komment Əlavə et