Menu
16 okt 00:42XƏBƏR LENTİ / Şou biznes

Rəqsanənin qızı aparıcı Kəmalə haqqında ELƏ SÖZLƏR DEDİ Kİ... - "Maşın"da BÖYÜK

“Maşın şou” ulduzlar arasında yeni qalmaqalları gərginləşdirməyə davam edir.
Aysun İsmayılova şounun dünənki buraxılışında aparıcı Kəmalə Piriyevanın oyunu tərk etməsinə ürəkdən sevinib. Oyunda iştirakı zamanı hədəfinin Kəmalə Piriyeva olduğunu deyən, amma səs toplamadığı üçün yarışmanı tərk edən Aysun sevincini belə ifadə edib:
“Hər şeydən əvvəl Murad Dadaşov və bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm ki, məni bu həyəcanlı şouya dəvət etdiniz. Deyərdim ki, acısı ilə, şirini ilə həyatımın ən unudulmaz vaxtlarını keçirdim. Bugünkü oyunda bir daha gördüm ki, xalqın qarşısında heç kim dayana bilmir. Allaha qurban olum ki, heç kimin ahı yerdə qalmır. Həyatda gərək Allaha, ailənə və xalqına güvənərək addım atasan. Hər şeyi öz zəhməti ilə qazanan, öz ayağının üstündə durmağı bacaran xanımları sevirəm”.
Aysun bu sözlərini aparıcı Kəmalə Piriyevaya ünvanlayaraq, ondan heyfini çıxdığına işarə edib. Xatırladaq ki, Aysun oyunda məğlub olandan sonra müğənni Rəqsanə qızının müdafiəsinə qalxaraq Kəmalə Piriyevanın maşından əlini çəkdiyi kadrları sosial şəbəkədə paylaşmışdı. Dünən isə Kəmalənin əlini maşından çəkdiyi halda oyunda qalmağa davam etməsini kəskin pisləyək “Yaxşı “day-day"ın olmalıdır, səni saxlayan imkanlı kişin olmalıdır. Restoranı, hoteli, klinikası olsun. Arxanda dursun, sənə pul buraxsın. Həqiqət budur. Lalə də, Türkan da, ay bala, özünüzü qırmayın. O maşın Kəmalənindir. Qorxmuram, qorxsam, çıxıb yayımlamaram” qalibin Kəmalə olacağından narahatçılığını dilə gətirmişdi.
Çap
Komment Əlavə et