Menu
28 apr 11:03XƏBƏR LENTİ / Xarici

Çindən təhlükəli manevr: Döyüş gəmisi qonşunun ərazisinə girdi

Yaponiyanın Kaqoşima əyaləti yaxınlığında Çin bayrağı altında üzən donanma gəmisinin ölkənin ərazi sularına daxil olduğu bildirilib.
Teleqraf.com-a istinadən xəbər veririk ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilib ki, Çin donanmasına aid gəmi Kaqoşimanın cənub-qərbindəki Kuçinorabu adasının qərbində üzüb.
Qeyd olunub ki, Yaponiya ərazi sularını pozan gəmi Yakuşima adasının cənubuna doğru hərəkət edib və 3 saata yaxın ərazidə qalıb.
Gəmi Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri və Sahil Mühafizə Xidmətinin gəmilərinin nəzarəti altında Kaqoşimanı tərk edib.
Nazirlik bölgədə ərazi sularının pozulmasının 2021-ci ilin noyabrından sonra ilk dəfə olduğunu və rəsmi Pekinə diplomatik etiraz edildiyini açıqlayıb.
Çap
Komment Əlavə et