ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr, Silahlı Qüvvələr və Kəşfiyyat komitəsinin 44 üzvü prezident Co Baydenə Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı məktub göndərib.Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məktubda konqresmenlər ABŞ və NATO müttəfiqlərinin indiyədək Ukraynaya əhəmiyyətli müdafiə yardımı etdiklərini və bu yardımın davam etdirilməli olduğunu vurğulayıblar.
"Ukraynanı daha uzun məsafəyə malik "Bayraktar TB-2" kimi müasir PUA-larla təmin etmək onlara Rusiyanı məhv etməyə imkan verəcək", - deyə məktubda bildirilib.
Qeyd edək ki, "Bayraktar TB-2" PUA-ları Türkiyənin milli istehsalıdır.(redaktor.az)
Çap