Menu
08 avq 13:41XƏBƏR LENTİ / Müsahibə

Ermənilər PUA-ları kimdən alır?

“Ermənilər pilotsuz uçuş aparatlarını Çin və Rusiya ilə yanaşı Belarusdan da alırlar. Bizim həmin aparatları müəyyən etməyimiz çox asandır”.
Bunu Musavat.com-a açıqlamasında ermənilərin daha bir PUA-sının Azərbaycan hava hücumlarından müdafiə qoşunları tərəfindən məhv edilməsinə münasibət bildirərkən hərbi ekspert Üzeyir Cəfərov dedi. O, təkcə Tovuz hadisələrindən bu günədək düşmənin 10 pilotsuz uçuş aparatının məhv edildiyini söylədi.
“Avqustun 6-da ermənilərin daha bir pilotsuz üçün aparatı vuruldu. Bu, düşmənin növbəti primitiv addımıdır. Onlar həmin aparatı pilotsuz uçuş aparatı kimi təqdim edir. Amma elə də əhəmiyyətli aparatlar deyil. Azərbaycan hava hücumundan mübarizə bölmələri iyul ayında Tovuz istiqamətində təxribatlar törədən zaman ermənilərin ən azı 10 pilotsuz üçün aparatını məhv edib. Bu aparatların məhv edilməsi bizim hərbi hava qüvvələri üçün çox asandır. Sadəcə, ermənilər hər dəfə buna niyə cəhd edirlər, anlaya bilmirəm”, - deyə o qeyd edib.
ATƏT nümayəndəsi Kasperşik erməni agentidir" - Hərbi ekspert Ü ...
Ü.Cəfərovun sözlərinə görə, ermənilərdə olan uçuş aparatları əsasən Rusiya istehsalıdır: “Bizim vurduğumuz pilotsuz uçuş aparatları arasında Çin istehsalı olanlar da olub. Hava hücumlarından müdafiə qoşunlarının bu uçuş aparatlarını aşkar etməsi çox asandır, amma bizim İsraildən alınan pilotsuz uçuş aparatlarını müəyyən etmək çox çətin və hətta mümkünsüzdür. Ermənilər özləri də bunu dəfələrlə etiraf ediblər. Bu yaxınlarda ermənilərlə rusların birgə keçirdiyi hərbi təlimlərdə məhz pilotsuz üçün aparatlarının müəyyən edilməsi istiqamətində çalışıldı. Çünki ermənilər həm 2016-cı ildə, həm də 2020-ci ildə Tovuz istiqamətində çox əziyyət çəkdilər, texnika itirdilər. Tovuz hadisələrində bizim hava hücumundan müdafiə qoşunlarının vurduğu pilotsuz təyyarə Rusiya şirkətinin istehsalı idi. Qanad açdığı eni 3,3 metr, uzunluğu isə 2.1 metr idi. Uçuş sürəti isə 85-115 km/saatdır. 130 kilometr dərinliyə nüfuz edərək 8 saat havada qala bilir. Son 5 ildə ermənilər bu şirkətdən pilotsuz uçuş aparatları alıblar. Bizim pilotsuz uçuş aparatlarının havada qalmaq imkanı on saatlarla ölçülür. Uzun məsafəyə nüfuz edə, daha yüksək mövqelərdən məlumatlar əldə etmək imkanlarına malikdir”.
Hərbi ekspert ermənilərin pilotsuz uçuş aparatları ilə bağlı daha bir maraqlı məlumat verib. Deyib ki, ermənilər Çin və Rusiya ilə yanaşı Belarusdan da bu cür aparatlar alıblar. Amma İsrail onlara pilotsuz uçuş aparatları satmayıb: “Belarusdan alınan aparatlar əsasən kənd təsərrüfatında və hərbi ilə bağlı olmayan sahələrdə istifadə olunmuş aparatlardır. Belə deyək ki, dronların bir az modernləşdirilmiş formasıdır. Üzərinə kameralar yerləşdirilir və onlayn qaydada kəşfiyyat xarakterli uçuşlar həyata keçirilir”.
Çap
Komment Əlavə et