Menu
28 yan 20:10XƏBƏR LENTİ / Xarici

Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərq kuratoru təyyarə qəzasında həlak oldu

Ötən gün Əfqanıstanın Qəzni əyalətində qəzaya uğrayan və “Taliban” tərəfindən vurulduğu açıqlanan ABŞ hərbi təyyarəsində həlak olanlardan biri İran generalı Qasım Süleymaninin öldürülməsi əməliyyatını kurasiya edən kəşfiyyat zabitidir.
Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı İranın “Mehr” agentliyi Rusiya kəşfiyyatındakı mənbələrə istinadən yayıb. Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olan və “Bombardier” kiçiktutumlu təyyarəsinin bazasında yığılmış USAF E-11 BACN təyyarəsinin göyərtəsində olanlardan biri Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabiti Maykl D` Andreadır. O, Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərq üzrə əməliyyatlarını, o cümlədən general Süleymaninin öldürülməsini kurasiya edib.ABŞ rəsmi qaynaqları bu sensasion məlumata hələlik münasibət bildirməyiblər.
Əfqan “Taliban” hərəkatı isə bəyan edib ki, Qəzni vilayətində vurulan təyyarədə Mərkəzi Kəşfiyyat İdarəsinin “çoxsaylı yüksək rütbəli əməkdaşları” həlak olub. Bu məlumatı da “Taliban”a istinadən İranın “Tasnim” agentliyi yayıb.

“Reuters” agentliyi Qəzni vilayətinin polis rəisinə istinadən bildirir ki, təyyarənin düşdüyü yerdə dörd cəsəd tapılıb, daha iki nəfər sağ qalıb. Lakin onların taleyi məlum deyil. Anonim ABŞ mənbələri isə təyyarənin göyərtəsində azı 5 nəfərin olduğunu təsdiq ediblər.
Bombardier E-11A BACN təyyarəsi dağlıq ərazilərdə hava rabitə qovşağı kimi istifadə edilir. Birləşmiş Ştatlar hələlik təyyarənin “Taliban” tərəfindən vurulduğunu təsdiq, yaxud təkzib etməyib.
Virtualaz.org xatırladır ki, Maykl D` Andrea “ayətullah Mayk” və “Qara şahzadə” ləqəbi ilə tanınan məşhur kəşfiyyatçıdır. Məhz d’Andrea “Əl-Kaida”nın keçmiş lideri Üsamə ben Ladenin qətli üzrə əməliyyata nəzarəti həyata keçirib. 2017-ci ilin yayında o, Mərkəzi Kəşfiyyat İdarəsinin İran üzrə əməliyyatlarına rəhbər təyin edilib. Həmin vaxt “ayətullah Mayk”ın bu təyinatı prezident Donald Trampın İrana qarşı daha mürtəce siyasət yürüdəcəyinin sübutu kimi qəbul edilmişdi.
“O, olduqca aqressiv proqramı həyata keçirə və bunu çox ağıllı şəkildə edə bilir”, –xüsusi xidmət orqanının keçmiş hüquqşünası Robert İtinger “ayətullah Mayk”ın təyinatını şərh edərkən belə deyib. d’Andrea barədə o məlumdur ki, 50-dən bir az artıq yaşı var və İslamı qəbul edib.
2018-ci ildə kütləvi aksiyalar və iğtişaşlar İranı bürüyəndə bu ölkənin baş prokuroru “ayətullah Mayk”ı günahlandırmışdı və iğtişaşları onun təşkil etdiyini açıqlamışdı.
Çap
Komment Əlavə et