Menu
01 mar 12:33XƏBƏR LENTİ / Xarici

Kiyevə 64 km-lik rus konvoyu yaxınlaşır - Peyk görüntüləri yayıldı

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə hərbi yük daşımasının peyk görüntüləri mediaya sızmaqda davam edir.
Xeberimvar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, ABŞ-da yerləşən Maxar Texnologiya şirkəti yeni görüntülər yayıb. Yayılan peyk görüntülərində Ukrayna sərhədində olan Rusiyanın hərbi karvanının uzunluğunun 64 kilometrdən çox olduğu açıqlanıb. Kiyevdən 43 kilometr aralıda olduğu təxmin edilən karvanda zirehli maşınlar, tanklar, yedəkli artilleriya və digər hərbi maşınların olduğu görünür. Şirkət hərbi konvoyun Kiyevdən 27 mil (43 km) uzaqlıqdakı Antonov Hava Bazasından Ukraynanın Prisbirsk şəhərinin şimalına doğru uzandığını qeyd edib. 
Texnologiya şirkəti bir neçə gün öncə də Rusiya karvanının uzunluğunun 17 mil (27 km) olduğunu bildirmişdi. 
Qeyd edək ki, artıq 6-cı gündür, Rusiyanın Ukraynaya hücumu davam edir.
 
Çap
Nike (NYSE:NKE -2.60%) has filed a lawsuit against John Geiger‘s John Geiger Co and La La Land Production and Design Inc, claiming that Geiger’s GF-01 sneaker infringes on the Air Force 1‘s trade dress. AIR MAX 97 BLOG

Komment Əlavə et