Menu
16 sen 12:30XƏBƏR LENTİ / Gündəm

Daima Şəhid və Qazi ailələrinə yardım edən "Könüllü Yardım Fondu"

"Könüllü Yardım Fondu"nun təsisçisi Elnur Sarbala oğlu Əliyev, 1986cı il noyabrın 10-u Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Xətai rayonu 58 nömrəli tam orta məktəbdə almışdır. Ali təhsilini  Atatürk Universiteti,menecment-ictimai münasibətlər fakültəsində davam etdirmişdir. Hal-hazırda tibb sahəsində ,özəl sektorda işləməsinə baxmayaraq, bir çox sosial layihələrdə adı hallanır. Pandemiya dövrünün ilkin qapanmalarında sosial şəbəkələrdən insanlara səslənərək ianə toplayıb, aztəminatlı ailələrə yardım etməyə başlamışdır. Elnur müharibədən öncə və o dönəmdə ön cəbhəyə təkər toplayıb göndərməklə ordumuzun müdafiəsində dəstək göstərmiş,mütəmadi olaraq əsgərlərə geyim, ərzaq toplanması üçün əlindən gələni əsirgəməmişdir. Hal-hazırda ikinci Vətən Müharibədi iştirakçıları,şəhid və qazi övladlarının bütün Azərbaycan üzrə məktəb ləvazimatları ilə təmin olunmasında mühüm işlər görməkdədir.Hələ qarşıda nə qədər arzuları var. Gəlin bu xeyirxah işlərdə yurdumuzun  mərd, vətənpərvər oğlu Elnur bəyə uğurlar arzu edək!














Çap
Komment Əlavə et