Menu
11 okt 22:41XƏBƏR LENTİ / Gündəm

Tehrandan ziddiyyətli addım

Tehran rejimi Azərbaycanı gah təhdid edərək, gah da dostluğunu dilə gətirərək ziddiyyətli bəyanatlar verməyə davam edir.
Turan İnformasiya Agentliyinə istinadən bildirir ki, növbəti belə bəyanatı bazar ertəsi Tehranda XİN-in mətbuat katibi Səid Xətibzadə səsləndirib.
İran və Azərbaycan arasında gələcək münasibətlər haqqında suala cavabda o deyib: “Münasibətlər normaldır, onların pozulması isə yolverilməzdir”.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər “düzgün məntiqə uyğundur”. Qonşuluq və yaxşı münasibətlər çərçivəsində İran narahatlığını dilə gətirib. “Bizim Azərbaycana bəslədiyimiz bəzi ümidlər doğrulmadı. Biz Azərbaycan tərəfə bildirdik ki, İranın bəzi narahatlıqlarını sakitcə aradan qaldırmaq lazımdır”, deyə o bildirib.
Eyni zamanda, o, İranın Azərbaycan üçün hava məkanını bağladığı haqqında məlumatları təkzib edib. “Biz heç vaxt Azərbaycan üçün hava məkanımızı bağlamamışıq, quru sərhədi də açıqdır və mübadilələr baş verir, hər iki tərəf üçüncü tərəflərin münasibətlərimizə təsir göstərməsinə imkan verməməlidir”, deyə Xətibzadə bildirib.
Çap
Komment Əlavə et