Menu
07 okt 21:18XƏBƏR LENTİ / Gündəm

"Zəngəzur dəhlizi açılsa..." - Xamneyinin nümayəndəsi Azərbaycan və Türkiyəni hədələdi

İranın ali rəhbəri Əli Xamneyinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi Türkiyə və Azərbaycanı təhdid edib.
Azad İran telegram kanalına istinadən bildiririk ki, İranın hərbi gücünün yüksək olduğunu iddia edən Hüseyn Əliyi deyib ki, İsrail ABŞ-ın bölgədəki məğlubiyyətindən sonra onun yerini doldurmaq üçün İranın şimal-qərb sərhədlərində yerləşmək arzusundadır.
"İran buna imkan verməyəcək. Türkiyə və Azərbaycan bilməlidirlər ki, Qərb ölkələrinə inanıb onların bölgədə yerləşmələrinə şərait yaratsalar, Əfqanıstanın taleyini yaşayacaqlar”, - deyə Hüseyn Əliyi bildirib.
O, Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz açacaqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söyləyib:
"Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”.
Hüseyn Əliyi düşmənlərin İranın şimal-qərb sərhədləri və Qafqaz bölgəsində sionizmin dirçəlişinə çalışdıqlarını iddia edib, onların buna nail ola bilməyəcəklərini deyib.(Musavat.com)
Çap
She added that she hopes her work will challenge individuals to consider hiring candidates whose backgrounds can “foster more authentic representations” of the social legacies that surround these objects.  Best Online Blogping for Shoes

Komment Əlavə et