Menu
01 avq 21:33XƏBƏR LENTİ / Hadisə

Türkiyədə meşə yanğınları qurbanlarının sayı 8-ə yüksəlib

Türkiyənin Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca ölkədə meşə yanğınları nəticəsində ölənlərin sayının 8-ə, yaralıların sayının isə 864 nəfərə yüksəldiyini xəbər verib.
Nazir bu barədə sosial şəbəkədə bildirib.
"Manavqatda (Antalya vilayəti) yanğınlar nəticəsində cəmi 7 itkimiz var. Yanğın zamanı xəsarət alan 507 nəfərdən 497-si evə buraxıldı. Marmaris və Bodrumda baş verən yanğınlardan zərər çəkmiş 203 nəfərdən 186-sı evə buraxıldı. Marmarisdə bir ölü var. Mersində yanğın zamanı xəsarət alan 154 nəfərin hamısı müalicəsi bitdikdən sonra evə buraxıldı", - deyə Koca tvitterdəki hesabında yazıb.
Daha əvvəl meşə yanğınlarının 7 qurbanı və 410 nəfərin yaralandığı bildirilib.(report.az)
Çap
This means that, like the road reflectors that directly inspired the project, the crystals reflect light directly towards the source. Best Online Blogping for Shoes

Komment Əlavə et