Türkiyədə DƏHŞƏT - Prezidentin köməkçisi uçqun altında qaldı, 38 ölü, 53 yaralı
Türkiyənin Van şəhəri yaxlınlığında qar uçqunu baş verib. Van-Baxçasaray yolunun 33-cü kilometrliyində hərəkət edən mikroavtobusun üzərinə düşən uçqun nəticəsində 2 nəfər itkin düşüb. İki nəfərin axtarışlarının davam etdiyi bir vaxtda ərazidə ikinci uçqun baş verib. Türkiyə Daxili İşlər naziri Süleyman Soylu hələlik ümumilikdə 8 nəfərin həlak olduğunu, 30-dan şəxsin xilas edildiyini deyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Gülşən Orxan yaralı vəziyyətdə xilas edilib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Van şöbəsinin rəhbəri Osman Uçağın da uçqun altında qaldığı bildirilir. *** Türkiyədə qar uçqunu nəticəsində ölənlərin sayı artıb. Van valisi Məhməd Əmin Bilməz jurnalistlərə açıqlamasında uçqun nəticəsində 23 nəfərin həlak olduğunu deyib. Ölənlərin 8-i hərbçidir. Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ölənlərinin sayının arta biləcəyini deyib. *** Türkiyədə qar uçqununda ölənlərin sayı 38 nəfərə çatıb. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. *** 3-cü qar uçqunu təhlükəsindən dolayı fəlakətin baş verdiyi bölgədəki insanlar təxliyə edilib. Belə ki, ərazidə axtarış-xilasetmə işlərini həyata keçirən əməkdaşlar bölgədən təxminən 10 km məsafədə uzaqlaşdırılıb.(axar.az)