Elazığda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 14-ə çatıb. 300-ə qədər yaralı var.Müdafiə Naziri Hulusi Akarın məlumatına görə, iki güclü zəlzələdən sonra şəhər mərkəzlərində tələfat yoxdur. Nazir ətraf kəndlərdə tələfatın ola biləcəyini istisna etməyib. O bildirib ki, ehtiyac olarsa fəsadların aradan qaldırılmasına hərbçilər də cəlb edilib. Ordu hazır vəziyyətə gətirilib.
Daxili İşlər naziri Süleyman Soylu isə bildirib ki, təbii fəlakət nəticəsində 14 nəfər həyatını itirib. İki yaralı var. Bir neçə tikilidə fəsadlar əmələ gəlib
Qeyd edək ki, yeraltı təkanlar Malatya, Diyarbəkir, Adıyaman, Samsun və digər vilayətlərdə, həmçinin İraq və Suriyada da hiss edilib. Bu barədə Anadolu agentliyi məlumat yayıb. "Elazığda 8 , Malatyada 6 nəfər ölüb" - deyə bildirilib.
Çap