Bakıda şantaj olunan qadın polisə müraciət edib.
23 yaşlı M.Q (ad və soy ad başlıqları şərtidir) Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə müraciət edərək 1999-cu il təvəllüdlü A.M. tərəfindən şantaj edildiyini bildirib. M.Q bildirib ki, bir müddət aralarında münasibət olan A.M onunla cinsi əlaqədə olduqdan sonra onu ailəsi ilə şantaj etməyə başlayıb. Pul verməyəcəyi təqdirdə bu barədə qızın ailəsinə məlumat verəcəyini deyib. Şikayətçi qeyd edir ki, A.M ondan 2200 manat alıb, həm də döyüb. Şikayətlə bağlı araşdırma aparılır.
(İlkin Muradov
Musavat.com)
Çap