Menu
11 fev 20:05XƏBƏR LENTİ / Hadisə

Evlənəcəm deyib 15 yaşlı qızla dəfələrlə əlaqəyə girdi, sonra... - Azərbaycanda

Abşeron rayonunda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Fəqan Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yevlax rayonunda anadan olan Fəqan Babayev sonradan paytaxta köçüb və paytaxtın Nəsimi rayonu, S.Vurğun küçəsində qeydiyyata düşüb.
15 yaşlı qızla tanış oldu
Paytaxtda və Abşeron rayonunda fərdi əməklə məşğul olan orta təhsilli Fəqan Babayev Xırdalan şəhərində yaşayıb. O, həmin ərazidə yaşadığı müddətdə 2002-ci il təvəllüdlü Ləman Əliyeva ilə tanış olub.
Fəqan Babayev Ləman Babayeva ilə evlənəcəyi ilə aldadıb. Bir müddət qızla gün keçirən Fəqan Babayev onunla intim əlaqədə olmaq qərarına gəlib.
Gecəyarısı intim əlaqə
Fəqan Babayev ilk dəfə Ləman Babayeva ilə 2017-ci il avqustun 25-də intim əlaqədə olub. O, həmin gün Ləmanın Abşeron rayonu, Qobu qəsəbəsində yaşadığı evə gəlib.
Gecə yarısı qızla evin həyətində olan yarımçıq tikilidə görüşüb. Görüş zamanı Fəqan Babayev Ləmanla evlənəcəyini deyib. O, qızı aldatma yolu ilə onunla intim əlaqədə olub.
Bundan sonra Fəqan Babayev tez-tez Ləmanla görüşə gəlib. O, hər dəfə Ləmanla görüşəndə onunla qeyri-təbii yolla, həm də təbii yolla cinsi əlaqədə olub. Onların bu intim əlaqələri həmin ilin dekabrın 2-dək davam edib.
Evlənməyi təklif etdi, amma...
Ləman babayev sonuncu dəfə intim əlaqədə olandan sonra Fəqan Babayevdən onlara elçi göndərməyi təklif edib. Fəqan Babayev elçi göndərməkdən dolayısı yolla imtina edib. Fəqan Babayevin elçi göndərməkdən yayınmasını görən Ləman Əliyeva onunla evlənmək fikri olmadığını, könül əyləncəsi keçirdiyini düşünüb.
Bundan sonra Ləman Əliyeva Fəqan Babayev tərəfindən aldadılaraq təcavüzə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Fəqan Babayev həbs edilib.
İstintaq orqanı tərəfindən Fəqan Babayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Şərti cəza aldı, azadlığa çıxdı
Abşeron rayon Məhkəməsinin hökmü ilə Fəqan Babayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona 1 il sınaq müddətinə şərti cəza verilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub, məhkəmə zalından azad edilib.
Hökmdən narazı qalan zərərçəkmiş Ləman Əliyeva apelyasiya şikayəti verib. O, məhkəmənin hökmündən narazı olduğunu qeyd edib. Zərərçəkmiş təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Təcavüzə məruz qalan qız şikayətindən niyə imtina etdi?
Apelyasiya şikayətinə baxılan zaman Ləman Əliyeva məhkəməyə məktub göndərib. O, Fəqan Babayev ilə barışdığını qeyd edib və şikayətindən imtina etdiyini göstərib.
Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinə baxılıb və şikayətdən imtina edildiyi üçün işə baxılmasına xitam verilib.
Amma Fəqan Babayev bu qərardan sonra yenə də Ləmanla evlilik məsələsini həll etməyib. Buna görə də Ləman Əliyeva ondan bu dəfə Ali Məhkəməyə şikayətçi olub.
Ləman Əliyevanın kasasiya şikayətinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası şikayətə baxan zaman yenə də Ləman Əliyeva şikayətinə baxılmasından imtina etdiyini açıqlayıb.
Bu səbəbdən hakim heyəti kasasiya şikayətinin baxılmasına xitam verib.(publika.az)
Çap
Komment Əlavə et