Menu
27 dek 21:24XƏBƏR LENTİ / Xarici

"Sputnik-V" və "Pfizer"-in fərqi nədir? - Həkim müqayisə edib

Həkim və teleaparıcı Aleksandr Myasnikov Rusiyanın "Sputnik-V" və Amerikanın "Pfizer" şirkətinin koronavirus əleyhinə peyvəndlərini müqayisə edib.
Sputnik Azərbaycan-a istinadən bildiririk ki, o, Rusiyanın preparatını "yoxlanılmamış" adlandıran həmkarlarını tənqid edib.  
"Mən onların (ABŞ-ın - red.) peyvəndinin "pis olması" barədə müzakirələrə qoşulmaq istəmirəm. Onlar kimi olmaq lazım deyil. Ancaq onlara güzgüyə baxmalarını məsləhət görmək lazımdır", - Myasnikov Telegram kanalında yazıb.
Həkim qeyd edib ki, Pfizer çıx qısa müddətdə, tamamilə yeni bazada yaradılıb. "Sputnik-V" isə 2002-ci ilin bazası əsasında yaradılıb və bunun sələfləri insanlar üzərində kliniki sınaqlardan keçirilib. Myasnikov ABŞ-ı "vaksin müharibəsi"ni dayandırmağa, diqqəti daha çox insanın canını almağa başlamış virusla mübarizəyə yönəltməyə çağırıb.
Çap
TOM
I like shoes, but these… I hold them like a trophy. I could never afford anything from colette but these were my first purchase from there, it was a dream to me. Best Online Shoe Blog

Komment Əlavə et