Menu
24 dek 11:58XƏBƏR LENTİ / Gündəm

Hökümət parlamentə gəldi

Milli Məclisin növbəti plüenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova 2021-ci ilin büdcə müzakirələrində iştirak edən Baş nazir Əli Əsədov və hökumət üzvlərini, deputatları, jurnalistləri salamladı. Daha sonra sədr bildirdi ki, bu gün Azərbaycan Frespublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. “Azərbacan Prezidenti Vətənimizin bu günü və sabahjl naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin məhəbbətini və hörmnətini qazanıb. O öz fəaliyyətindəı xalqımızın maraqlarını daim üstün tutur”, deyən S.Qafarova bildirdi ki, ölkəmizin xoşbəxt gələcəyi onun davam etdirdiyi quruculuq və inkişaf strategiyasına əsaslanır. Sədr qeyd etdi ki, ölkəmizin prezidenti öz parlaq zəkası, yüksək liderlik keyfiyyətləri, qətiyyətli mövqeyi, əsl sərkərdəlik keyfiyyətləri ilə Vətən Müharibəsində böyük qələbənin qazanılmasına nail oldu. Spiker doğum günü münasibətilə Prezidenti ürəkdən təbrik etdi, uğurlar arzulıadı.
Parlamentarlar və hökumət üzvləri sürəkli alqışlarla təbriklərə qoşuldular.
Çap
Komment Əlavə et