Menu
01 may 11:35XƏBƏR LENTİ / Gündəm

Yeni Baş prokuror Milli Məclisdə təsdiqləndi

Milli Məclisin plenar iclasında çıxış edən Birinci vitse-spiker Əli Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyinin irəli sürülməsini yüksək qiymətləndirdi. Ə.Hüseynli həmçinin qeyd etdi ki, bu illər ərzində Milli Məclis və Baş Prokurorluq arasında əməkdaşlıq yüksək səviyyədə davam edir. Birinci vitse-spiker deputatları Prezidentin yüksək etimad göstərdiyi K.Əliyevin namizədliyini müdafiə etməyə çağırdı.
Deputat Vahid Əhmədov söz alaraq bildirdi ki, bu gün gündəlikdə çox ciddi məsələlər var: “Gün ərzində Hesablama Palatasının hesabatı var, və digər məsələlərlə bağlı çox geniş müzakirələr gedəcək. Baş prokuror vəzifəsinə namizədliyi təqdim olunan Kamran Əliyevi biz hamımız çox gözəl tanıyırıq, kifayət qədər təcrübəli şəxsdir. Xahiş edirəm çıxışlar olmasın və təqdimata səs verək”.
Sədr Sahibə Qafarova ağsaqqal deputatlardan biri olan Eldar İbrahimova da söz verdikdən sonra çıxışları dayandıracağını elan etdi. E.İbrahimov da yeni namizədlə bağlı müsbət fikirlərini ifadə etdi və hər kəsi K.Əliyevə səs verməyə çağırdı.
Spiker S.Qafarova da Prezidentin seçimini yüksək qiymətləndirdi və deputatları namizədə səs verməyə çağırdı.
Səsvermə nəticəsində parlament yekdilliklə K.Əliyevin namizədliyini müdafiə etdi. Deputatlar bu nəticəni alqışlarla qarşıladılar.(musavat.com,)
Çap
Komment Əlavə et