Menu
24 apr 18:42XƏBƏR LENTİ / Siyasət

Parlamentdə xarici işlər naziri ilə bağlı mübahisə

Deputat Hicran Hüseynova Milli Məclisin plenar iclasında çıxış edərək cari məsələlər zamanı səsləndirilən bəzi fikirlərə etiraz etdi.
O, xüsusilə də xarici işlər naziri ilə bağlı mətbuatda səsləndirilən fikirlərə etirazını bildirdi, həmçinin iclas zamanı səslənən tənqidlərə qarşı çıxdı. Dedi ki, biz müharibə vəziyyətində yaşayırıq və belə bir vəziyyətdə xarici işlər nazirinin fəaliyyətinin tənqidi normal sayıla bilməz.
“Xarici işlər naziri heç zaman özbaşına çıxış etmir, bunu da düşünmək lazımdır”- H.Hüseynova əlavə etdi.

Hicran Hüseynova vəzifədən azad edildi
Daha sonra o, hamdan xahiş etdi: “Bizim sədarətimiz tolerant insandır, biz burda mədəniyyətimizi saxlayaq”.
Sahibə Qafarova Milli Məclisin sədri seçildi
Sədr Sahibə Qafarova: “düzdür, mən tolerant insanam, amma Nizamnaməyə əməl etməliyik, çıxış imkanı yaradılmalıdır”.
Fəzail Ağamalı Dövlət Komitəsinin sədrini tənqid edib - Report.az
Deputat Fəzail Ağamalı söz alaraq H.Hüseynovaya etirazını bildirdi: “Mətbuatda, saytlarda xarici işlər nazirinin dişsiz, Prezidentin siyasətilə uyğun gəlməyən, müəyyən dərəcədə qorxaq mövqeyini tənqid edənlərdən biri də mənəm. İllərdir ki, biz bu məsələni Milli Məclisdə deyirik. Bir daha təkrar edirəm, Azərbaycan xarici işlər naziri ilə Ermənistanın xarici işlər nazirini müqayisə emək belə, mümkün düeyil. Onlar Azərbaycan torpaqlarını işğaldan azad etmək istəmir, biz susaqmı? Qarabağ məsələsi, başda prezident olmaqla bizim ən ciddi problemimizdir, xahiş edirəm, bizim dəyərli həmkarlarımız da buna hörmətlə yanaşsın”.
Var-dövlətimi artırmıramsa, o deputatlıq nəyimə lazımdır?” - Tahir ...
Deputat Tahir Kərimli də etiraz etdi: “Kimsə bizə qayda-qanunu öyrədə bilməz! Biz bu dövlətin qurulmasında iştirak etmişik. O adamlar ki, deyirlər burda bu sözü demə, get, meydanlarda de... İndi bizi təzədən meydana çağırırlar?!”
Çap
Komment Əlavə et