Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.“Report” xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə deyib.
O, yüksək səviyyəli dövlət məmurlarının o cümlədən, Azərbaycanın yeni Xarici İşlər nazirinin Rusiyaya bu cür səfərlərinin tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmli olduğunu bildirib.
Çap