“Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edir. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşardır”.Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
R.Bayramlı bildirib ki, diqqətli olunmasa vəziyyət ciddiləşə bilər: “Nə qədər ciddi karantin rejimi olsa da, xəstəxana sayı artsa da, vətəndaş məsuliyyəti olmadan virusun qarşısını almaq mümkün deyil. Ona görə də hamılıqla birlikdə vaksin tapılana qədər qoyulan qaydalara ciddi əməl edək”.
Çap