Menu
02 may 00:05XƏBƏR LENTİ / Gündəm

Azərbaycanda maskadan istifadə məcburi olacaq - Rəsmi

Narıncı zonada ictimai yerlərdə tibbi maskalardan istifadə məcburidir. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
 Onun sözlərinə görə, bununla bağlı Operativ Qərargah və ictimai xadimlər vətəndaşlara çağırışlar edirlər:
 "İnsanlar bu tələblərə, çağırışlara əməl etməlidirlər. Müşahidələr göstərir ki, marşrut avtobuslarında vətəndaşlar qaydalara riayət etmir, tibbi maska olmadan hərəkət edirlər, sosial məsafə saxlamırlar. Amma ictimai nəqliyyatda qoruyucu vasitələrdən istəfadə etmək məcburidir. Bununla bağlı qaydalar təstiq olunandan sonra ictimaiyyətə açıqlanacaq və ictimai nəqliyyatda hansı qaydalara əməl etmək məcburidirsə, o açıqlanacaq. Bundan sonra sərnişinlər həmin qaydalara riayət etmək məcburiyyətində qalacaqlar".
 Eyni zamanda Azərbaycanda ictimai yerlərdə, müəssisələrdə, qapalı məkanlarda tbbi maskalardan istifadə məcburi olacaq.
 Bunu Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
 Onun sözlərinə görə, artıq bununla bağlı hökumətə müraciət edilib.
 "Tibbi maskalardan istifadənin zəruriliyi ilə bağlı qaydalara nəzarət isə adiyyəti qurumların səlahiyyətindədir. Bu qaydalar məcburidirsə, təbii ki, arxasında cərimələr də dayanmalıdır”, - deyə Ramin Bayramlı qeyd edib.
Çap
Komment Əlavə et