Menu
03 iyl 20:37XƏBƏR LENTİ / Gündəm

Ramin Bayramlı: "Törədici mutasiyaya uğrayıb və ciddi kliniki əlamətlər üzə çıxır"

Xəstəlik üçün orta ölüm yaşı 62 olsa da, son vaxtlar gənclərdə və yanaşı xəstəliyi olmayan insanlarda da ölüm halları baş verir.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, xəstəliyi artıq ailələr şəklində ağır keçirildiyi müşahidə edilir.
R.Bayramlı əlavə edib ki, törədici mutasiyaya uğrayıb və kliniki əlamətlər üzə çıxır.  R.Bayramlı qeyd edib ki, karantin rejiminə əməl olunmaması nəticəsində gün ərzində aparılan testlərin nəticəsinin müsbət olma göstəricisi 11 faizə yüksəlib.
R.Bayramlı yas yerlərində kütləvi yoluxmaların baş verdiyini də söyləyib. O, qeyd edib ki, virusdan qurtulmağın yeganə yolu vaksinasiyadır və vaksin tapılana qədər qaydalara əməl edib, qorunmaq lazımdır. (musavat.com)
Çap
Komment Əlavə et