Bakının mərkəzində bir kişi özünə benzin tökərək od vurub.Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.Hadisə iyunun 1-də saat 16:00 radələrində Yasamal və Səbail rayonlarının sərhədində, Qədirli küçəsində yerləşən 3 nömrəli evin yaxınlığında baş verib. Belə ki, 1985-ci il təvəllüdlü paytaxt sakini Hüseyn Nuriyev intihara cəhd edib. O, 5 saylı Kliniki Xəstəxananın Yanıq Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. H.Nuriyevi intihara vadar edən səbəblər barədə hələlik məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.
Çap