Bakının Suraxanı rayonunda bir kişi özünü yandırıb.Hadisə mayın 19-da Bülbülə qəsəbəsində, Bakıdakı şirkətlərdən birinin baş ofisinin həyətində qeydə alınıb.
1981-ci il təvəllüdlü yerli sakin Zaur Əsədov üstünə benzin tökərək, özünü yandırıb. Hadisə şahidləri alovu söndürüblər.
Zərərçəkən 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumatlara görə, Z.Əsədov özünü yandırmaqla şirkətin hərəkətlərinə etirazını bildirib.
İntihar cəhdi Rayon Prokurorluğu tərəfindən araşdırılır.
(Oxu.az)
Online film
Çap