Menu
02 iyn 16:31XƏBƏR LENTİ / Xarici

Hollivud ulduzu etiraz aksiyasında döyüldü

Məşhur Hollivud ulduzu Con Kyusak da ABŞ-da keçirilən etiraz aksiyalarının birində döyülüb. Xarici KİV-lərə istinadən bildiririk ki, bu barədə aktyorun özü məlumat verib. Aktyor qeyd edib ki, qaradərili vətəndaşın polis tərəfindən öldürülməsinə etiraz olaraq Çikaqoda keçirilən aksiyada polis tərəfindən döyülüb.
Aktyor aksiyalar zamanı yanan avtomobili telefonu ilə çəkirmiş. Bu zaman polislər onu tanıyaraq, üzərinə hücum edib:
“Onlar dəyənəklə mənə hücum etdilər, velosipedimi təpiklədilər. Buna etiraz etdikdə isə qollarımı buraraq, meydandan sürüyüb, kənara atdılar” deyə Kyusak bildirib.
Məlum olub ki, aktyor daha sonra polis tərəfindən saxlanılıb, bir qədər dindirildikdən sona isə azad edilib. Con Kyusak vətəndaşlara qarşı qəddar rəftardan təəssüfləndiyini bildirib. O, hazırda özünü yaxşı hiss etdiyini və həkimlərə müraciət etməyə ehtiyac olmadığını deyib.
Qeyd edək ki, Con Kyusak "Qross-Poyntedə qətl", "İntuisiya", "1408", "Səma həbsxanası" və "2012" kimi maraqlı flimlərdə rol alıb, həmçinin "Qızıl qlobus" mükafatı laureatıdır.
Xatırladaq ki, qaradərili Corc Floydun polis tərəfindən öldürməsindən sonra ABŞ-da başlayan kütləvi etiraz aksiyalarında məşhur ulduzlar da iştirak edir. Onların arasında Ariana Qrande, Elin Peyc, aktyorlar Timati Şalome, Maçin Gun Kelli, mərhum pop kralı Maykl Ceksonun qızı Peris Cekson, müğənni Keylani, reper və aktyor Nik Kennan, model Emili Ratakovski də var. Onlar etirazçılarla həmrəylik göstərdiklərinə, sonadək mitinqçilərin yanında olacaqlarını bəyan etdiklərinə görə ABŞ polisinin sərt tənqidlərinə məruz qalıblar. Müğənni Halsey isə polis tərəfindən plastik güllə ilə vurulub.(musavat.com)
Çap
Komment Əlavə et