Menu
31 may 01:03XƏBƏR LENTİ / Hadisə

Tramp Minneapolisə qoşun göndərməyə hazırdır

Əgər yerli hakimiyyətdən müvafiq sorğu daxil olsa, ABŞ hərbçiləri etirazlarla əlaqədar çox qısa zamanda Minneapolisə göndərilə bilər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Florida ştatına uçuşdan əvvəl jurnalistlərə bildirib.
"Onlar (yerli hakimiyyət-red) sərt olmalıdır, onlar ağıllı olmalıdır. Bizim hərbçilərimiz hazırdır. Əgər onlar birdən hərbçilərimizin (köməyini-red) istəsələr, hərbçilər həmin ərazidə çox tez ola bilərlər, ", - Vaşinqton administrasiyasının başçısı deyib.
Çap
Komment Əlavə et