“Sosial şəbəkələr mühafizəkarların tərəfdarlarına qarşı qərəzli siyasətlərini davam etdirsələr, ABŞ hakimiyyəti onların fəaliyyətini sərt şəkildə tənzimləyəcək”.
APA “rg.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.
Tramp bildirib ki, respublikaçılar sosial şəbəkələrin mühafizəkarların səslərini tamamilə boğduğunu hiss edirlər: “Biz 2016-cı ildə onların nə etdiklərini gördük, amma sonra uğursuz oldu. Yenidən oxşar halın baş verməsinə icazə verə bilmərik”.
Ağ Ev rəhbəri əlavə edib ki, sosial şəbəkələrin qərəzli yanaşmalarına görə, onların fəaliyyəti bağlana bilər.
Tramp, həmçinin, “Twitter”i prezident seçkilərinə müdaxilə və söz azadlığını boğmaqda ittiham edib.(musavat.com)
Çap