Menu
15 may 11:10XƏBƏR LENTİ / Hadisə

Avtoxuliqan polis idarəsinin tualetini təmizləməyə məcbur edilib? - AÇIQLAMA

Sosial şəbəkələrdə avtoxuliqanlığa görə saxlanılan şəxsin Binəqədi Rayon Polis İdarəsində tualeti təmizlədiyinə dair görüntülər yayılıb.
Məsələ ilə bağlı “MediaPost”un sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Ehsan Zahidov bildirib ki, sürücü Hüseynli Məhəmməd Bəhruz oğlu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün Dövlət Yol Polisinin əməkdaşıları tərədindən saxlanılıb.
“Yayılan görüntülərə gəldikdə isə, tutulan şəxsin saxlanıldığı yerdə telefondan istifadəsinə icazə verilmir. İdarədə çəkilişin edilməsi mümkün deyil. Ola bilsin ki, vətəndaş bu videonu gedib başqa yerdə çəkib, öz əməlinə bəraət qazandırmaq istəyir", - E.Zahidov bildirib.




Çap
Komment Əlavə et