Menu
26 apr 11:39XƏBƏR LENTİ / Gündəm

İcazəsi olanlar başqa iş dalınca çıxarsa, məsuliyyətə cəlb olunacaq - DİN

İcazəsi olan şəxslər qeyri-iş günlərində evdən başqa iş dalınca çıxacaqlarsa, onlar da məsuliyyəyə cəlb ediləcək.
 Bunu  açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
 E.Zahidov qeyd edib ki, icazəsi olan şəxslər də digər vətəndaşlar kimi 8103 qısa SMS xidmətindən istifadə etməlidirlər:
 "Çünki həmin şəxslərə icazə yalnız işə gedib-gəlmək üçün verilib. İstər jurnalist, istər fermer, istərsə də digər peşə sahibi olsun verilən icazədən sui-istifadə etməməlidir. Nəzərə almaq lazımdır ki, bütün bu tədbirlər ölkə vətəndaşlarının sağlamlığı üçündür. Kimsə bundan sui-istifadə edəcəksə, barəsində lazımi hüquqi ölçü götürüləcək".
 Qeyd edək ki, DİN mətbuat xidmətinin yaydığı məlumatda ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslərin yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə biləcəyi açıqlanıb.
Çap
Komment Əlavə et