Menu
14 sen 22:07XƏBƏR LENTİ / Hadisə

Daha bir ölümcül virus aşkarlandı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) naməlum xəstəlikdən baş vermiş son ölüm hadisəsini araşdırmaq üçün Tanzaniyaya mütəxəssislərdən ibarədə xüsusi qrup göndərib.
"Trend"ə istinadən xəbər veririk ki, daha öncə bu ölkədə bir nəfərin naməlum xəstəlikdən qəribə simptomlarla ölməsi barədə xəbər yayılmışdı. Belə ki, ilkin təhlillər zamanı bir qadında həm “Ebola”, həm “Denge” və malyariya qızdırmasının simptomları müşahidə edilib. Qadının həyatını xilas etmək mümkün olmayıb.
ÜST hadisə ilə bağlı ətraflı məlumat üçün Tanzaniya Səhiyyə Nazirliyinə müraciət edib. Araşdırmaların nəticəsi barədə qısa zamanda məlumat veriləcəyi qeyd edilib.
Çap
Komment Əlavə et