Menu
01 sen 22:25XƏBƏR LENTİ / Hadisə

Bakıda generalın yaxın qohumunu öldürdülər

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qayını oğlu Bakıda qətlə yetirilib.
Bakupost-a istinadən xəbər veririk ki, hadisə dünən gecə Yasamal rayonu ərazisində baş verib. Qətlə yetirilən 1990-cı il təvəllüdlü şəxs avtomobil idarə edərkən başqa bir sürücü ilə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib və idarə rəisinin qayını oğlu döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Çap
Komment Əlavə et