Xəbər verdiyimiz kimi bu günlərdə ABŞ-da “Pittsburgh” universitetinin gənc professoru, koronavirus araşdırmaçısı Bing Lu evində vurularaq, öldürülüb. Polisin məlumatına görə, 37 yaşlı alim baş, boyun, gövdə nahiyələrindən silahla vurulub. “Pittsburgh” universitetinin məlumatına görə Bing Lu son olaraq SARS-CoV-2 infeksiyasının əsas hüceyrə mexanizmlərini və əsas ağırlaşmalarını araşdırırdı.
Gənc alimin vurularlaq öldürülməsi ABŞ-da səs-küyə səbəb olub. Sonradan məlum olub ki, Bing Lu NASA-da işləyən ilk türk alim qadın İvet Baharın assistantı olub, onun laboratoriyasında araşdırmalar aparıb.
Qeyd edək ki, gənc alimin evnin yaxınlığında olan maşında bir kişi cəsədi tapılıb. İlkin iddialara görə, həmin şəxs Lunu öldürən qatil olub. O, alimi öldürdükdən sonra intihar edib. ABŞ polisi gənc alimin öldürülməsinin onun işi ilə bağlı olmadığını, hadisənin şəxsi məsələdən qaynaqlandığını açıqlayıb.(musavat.com)
Çap